"TikTok"un dünya trendlərinə düşən azərbaycanlı idmançı Emin Babayev (Çaqayev) Böyük Britaniyaya getməyi düşünür.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə idmançı Baku TV-nin "Qapqara" verilişində qonaq olarkən danışıb.
E.Babayev bildirib ki, ona ölkəni tərk etməklə bağlı təklif gəlib: "Mənə böyük təkliflər gəlib. Hara getməyimdən asılı olmayaraq Azərbaycanı təmsil edirəm. Xaricdə çıxışlarım zamanı azərbaycanlı Emil Babayev və Çaqayev kimi məni təqdim edirlər. Londona getmək planlarımız var. Orada stadionda 3 mindən çox insanın gələ biləcəyi yerdə öz məşqimi keçə biləcəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun