Braziliya Ali Məhkəməsi yaxınlığında partlayış oldu - ölən var

14 Noyabr 2024 07:52

Braziliyanın mərkəzində Braziliya Ali Məhkəməsinin binası yaxınlığında partlayışlar baş verib. Məhkəmə boşaldılıb, qarşısındakı meydanda kişi meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ilk partlayış məhkəmə binasına bitişik dayanacaqda avtomobilin baqajında ​​baş verib, 20 saniyə sonra isə ikinci partlayış səsi eşidilib.

Binanın qarşısındakı meydanda kişi meyiti tapılıb. Səlahiyyətlilərə görə, o, Ali Məhkəməyə sızmağa cəhd edib.

Ölkənin baş prokuroru Xorxe Messias hücumu pisləyib və səlahiyyətlilərin hadisəni araşdıracağına söz verib.

O partlayışları hakimiyyət orqanlarına hücum adlandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun