Dani Alveşin yeni biznesi

14 Noyabr 2024 08:11

Bir müddət əvvəl təcavüzdə ittiham olunaraq 14 ay həbsdə olan "Barselona"nın keçmiş futbolçusu Dani Alveş yenidən gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, braziliyalı öz biznesini qurmaq qərarına gəlib. 

Alveş internetdə müxtəlif tədbirlərin keçirilməsi və işgüzar görüşlərin təşkili üçün nəzərdə tutulmuş "Voxtom" platformasını işə salıb.

"Voxtom" Braziliya bazarına yönəlib və "Instagram"da 25 min izləyicisi var. 

Xatırladaq ki, ötən ilin yanvarında 40 yaşlı Dani Alveş Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Dani Alveş karyerası ərzində "Sevilya", "Barselona", "Yuventus", PSJ kimi klublarda çıxış edib. O, son olaraq Meksika "Pumas"ında forma geyinib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun