“Qalatasaray”ın ulduzuna qarşı 200 minlik dələduzluq - FOTO

13 Noyabr 2024 17:18

"Qalatasaray"ın belçikalı futbolçusu Mişi Batşuayi aldadılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu Beşiktaşda məsləhət xidməti göstərən şəxs tərəfindən aldadılıb.

O, 6 aylıq ev və avtomobil kirayəsi üçün 200 min avro ödədiyini, lakin bu pulun Hüseyn.B tərəfindən mənimsənildiyini bildirib.

Batşuayinin şikayətindən sonra Hüseyn.B saxlanılıb. O, dindirildikdən sonra şərti azadlığa buraxılıb.

Fidan
Milli.Az