Futbolçu Mauro İkardi həmkarı Neymara zəng edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zədə səbəbindən mövsümü bağlayan "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi daha əvvəl eyni zədədən əziyyət çəkən və PSJ-dən keçmiş komanda yoldaşı olan braziliyalı ulduza zəng edərək zədəsi ilə bağlı məlumat alıb.
Ulduz hücumçu Avropada əməliyyat üçün ən yaxşı həkim axtarır. Hələ qərarını verməyən İkardinin 2019-cu ildə milli futbolçu Yusuf Yazıcı əməliyyat etdirən italiyalı professor Pier Paolo Marianinin yanına gedəcəyi bildirilir. Yusuf sözügedən əməliyyatdan 5,5 ay sonra komanda ilə məşqlərə başlayıb.
Fidan
Milli.Az