Gözlənilməz AÇIQLAMA: Britaniya Ukraynaya hərbi qüvvə göndərməyə hazırdır

13 Noyabr 2024 19:02

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, ABŞ-da Donald Trampın yenidən prezident seçilməsi halında Ukraynaya dəstəyi azaltmasının gözlənilən nəticələrinə dair xəbərdarlıq edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  o, bu vəziyyətdə Böyük Britaniyanın Ukraynaya hərbi qüvvə göndərmə ehtimalını istisna etmədiyini bildirib.

Conson, Ukraynanın çöküşü halında Avropanın sərhədlərində daha böyük bir təhlükə yaranacağını və demokratik dəyərlərin Rusiya ilə qarşı-qarşıya qalacağını vurğulayıb. "Bu sözlərim Ukraynaya dəstəyin vacibliyini sual edənlər üçündür. Əks halda, kollektiv təhlükəsizliyimiz dirçələn və Avropanın müxtəlif bölgələrinə təhdid yaradan Rusiya tərəfindən ciddi şəkildə sarsıla bilər," - deyə Conson qeyd edib.

Boris Conson əlavə edib ki, Britaniya qüvvələrinin Ukraynaya göndərilməsi "məntiqli bir investisiya" ola bilər. O, Kiyevə dəstəyin azalmasının Böyük Britaniya üçün gələcəkdə daha böyük xərclərə səbəb olacağına diqqət çəkib. 

Musavat.com biıdirir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukraynaya Britaniya qüvvələri göndərmə təklifinə sərt reaksiya verib. Zaxarova Böyük Britaniyanın münaqişənin siyasi və diplomatik yollarla həllinə maneə törətdiyini və sülh danışıqlarını əngəllədiyini bildirib. 

Zaxarova qeyd edib ki, Böyük Britaniya anti-Rusiya sanksiyalarında ön sıralarda yer alır və Boris Conson bu siyasətdə xüsusi rol oynayıb. "Conson şəxsən Ukraynaya gedərək Kiyev rejimini Rusiya ilə danışıqlardan çəkindirməyə çalışıb," - deyə Zaxarova bildirib.

Rusiya XİN rəsmisi, Böyük Britaniyanın uzun müddətdir anti-Rusiya fəaliyyətində aktiv iştirak etdiyini vurğulayaraq, onu terror aktlarında iştiraka, Ukraynaya kəşfiyyat məlumatları və hərbi təlimatçılar göndərməyə, silah tədarükünə və terrorizmi maliyyələşdirməyə dəstək verməkdə ittiham edib.

Milli.Az