18 yaşlı balerina Eylül Sıla İlgaz otağında ölü tapılıb.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, hadisə saat 12.30 radələrində Türkiyənin Həmidiye rayonunda baş verib. Əldə edilən məlumata görə, Eylül Sıla İlgaz ailəsi ilə səhər yeməyi yedikdən sonra otağına gedib. Burada bir müddət vaxt keçirən Eylül Sıla İlgazın otağına girən anası Sibel İlgazın cansız bədənini tapıb.
Aparılan araşdırmalar nəticəsində Eylül Sıla İlgazın ölümü şübhəli bilinib.Ölüm səbəbinin müəyyən edilməsi üçün meyiti Ədliyyə Tibb İnstitutuna göndərilən gənc balerinanın dəqiq ölüm səbəbi ekspertizadan sonra müəyyənləşəcək.
Qeyd edək ki, məşhur balerina olmaq arzusunun olduğu deyilən Eylül Sıla İlgazın 2016-cı ildən bəri qatıldığı 8 fərqli yarışmada 1 qızıl və 2 gümüş medal qazandığı ortaya çıxıb.
Fidan
Milli.Az