"Real"ın 19 yaşlı futbolçusu karyerasını bitirdi

13 Noyabr 2024 10:53

"Real"ın futbolçusu Mark Kukalon 19 yaşında karyerasını başa vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun yetirməsi sosial şəbəkədə məlumat verib.

Buna səbəb futbolçuda xroniki zədənin olmasıdır. Kukalonun daha əvvəl dizinin çarpaz bağı yırtılıb və əməliyyat zamanı bakteriyalar oynağına daxil olub ki, bu da nadir hallarda rast gəlinən infeksiyaya səbəb olub. Bundan sonra gənc futbolçu dizindəki problemi aradan qaldıra bilməyib. Nəticədə o, karyerasını bitirməyə məcbur olub.

Qeyd edək ki, yarımmüdafiəçi "Real"ın heyətində Gənclər Çempionlar Liqasında 4 oyun keçirib və sözügedən zədəni oyunlardan birində alıb.

Milli.Az