Türkiyə 6 yaşlı uşağın cinayətə qurban getməsindən danışır.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, İstanbulun Şişli bölgəsində qəbiristanlıqda meyiti tapılan azyaşlının öz qatili ilə son görüntüləri yayılıb. Sözügedən videoda Şirin Elmasın hətta, ona kömək etdiyi görünür.
31 oktyabr tarixində itkin düşən 6 yaşlı qızın 2 noyabrda "Feriköy" məzarlığında cansız bədəni tapılmışdı.
Onun ölümündə əsas şübhəli qismində Mustafa Örün həbs edilib və o cinayətini etiraf edib.
Həmin görüntünü təqdim edirik:
Hüseyn
Milli.Az