2 yaşlı uşaq xəstəxanada öldü

12 Noyabr 2024 21:40

Zaqatalada azyaşlı xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində rayonun Çobankol sakini 2 yaşlı uşaq ölüb.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanada araşdırma aparır.

Milli.Az