"İlin sonunadək sülh sazişinin imzalanması Ermənistandan asılıdır"

12 Noyabr 2024 15:01

İlin sonunadək sülh sazişinin imzalanması Ermənistan tərəfindən asılıdır.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, sülh sazişinin əsas maddələri razılaşdırılıb.

"İndi yenə də dəqiq rəqəmlər səsləndirmək istəmərəm. Ancaq hələ razılaşdırılması vacib olan məsələlər var".

Nazir, həmçinin, qeyd edib ki, Azərbaycan tərəfi sülh sazişinin imzalanması prosesinin təşəbbüskarıdır.

O əlavə edib ki, Azərbaycan tərəfi bunu sona çatdırmaqda israrlıdır.

Milli.Az