Bir zamanlar "Sportinq"ə transfer olmuşdu, indi "Naftalan"da oynayacaq

12 Noyabr 2024 13:09

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını AFFA Region Liqasında davam etdirəcək.

Milli.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Naftalan" klubuna keçib.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi vaxtı ilə "Kəpəz", "Turan Tovuz", "Araz-Naxçıvan", "Zirə" və "Sumqayıt" kimi komandalarda oynayıb. O, son olaraq "Karvan" klubunda çıxış edib. Nəsirov bir müddət Portuqaliya "Sportinq"inə məxsus olub, amma orada möhkəmlənə bilməyərək geri qayıdıb.

Milli.Az