"Veteran pulu" artırılacaq? - Nazir açıqladı

12 Noyabr 2024 10:47

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "veteran pulu"nun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.

"Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək", - nazir vurğulayıb.

Milli.Az