Qrenadanın Baş nazirinin ölkəmizə səfəri başlayıb

12 Noyabr 2024 10:28

Qrenadanın Baş naziri Dikon Miçel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Dikon Miçeli elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az