Tonqa Krallığının Baş naziri Azərbaycanda səfərdədir

12 Noyabr 2024 10:24

Noyabrın 12-də Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovaleni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tonqa Krallığının Baş nazirini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az