Təcili yardım yarımstansiyaları ən çox bu yerlərdə qurulub - AÇIQLAMA

12 Noyabr 2024 10:34

Son zamanlar təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətlərin sayında ciddi azalma müşahidə olunur.

Milli.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın müddətdə təcili tibbi yardım xidmətinin təşkili ilə bağlı yeniliklər də açıqlanıb:

"Təcili tibbi yardım mərkəzi tam yenilənmiş şəkildə fəaliyyətini davam etdirir. Hazırda Bakı şəhəri üzrə ən çox əhali məskunlaşan rayonlarda yaşayış yerlərinin yaxınlığında yeni təcili yardım yarımstansiyaları qurulub.

Pik saatlarda səyyar təcili tibbi yardım briqadaları ərazilərə cəlb olunur ki, gecikmələr baş verməsin. Hesab edirəm ki, bütün bu işlər nəticəsində qısa zamanda yaxşı nəticələr əldə olunacaq".

Milli.Az