Küçədə pul paylayan türk fenomen saxlanıldı - FOTO

12 Noyabr 2024 10:11

Türkiyəli fenomen İbrahim Yılmaz həbs edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qanunsuz mərc əməliyyatında" Sərdar Ortaç və Mehmet Ali Erbillə birlikdə saxlanılanlar arasında məşhur sosial media fenomeni İbrahim Yılmaz da var .

O, sosial şəbəkədə onu izləyənlərə pul paylayaraq tanınıb.

23 tanınmışa qarşı aparılan istintaqda 16 şəxs nəzarətə alınıb.Biri 18 yaşından kiçik olan 2 şübhəlinin də məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verilib.

Məsələ ilə bağlı araşdırma hələ də davam edir.

Fidan
Milli.Az