Dünya Trampdan bunu gözləyir - İran

12 Noyabr 2024 17:56

Dünya ABŞ-ın yeni administrasiyasının Qəzza və Livana qarşı müharibəyə dərhal son qoymaq vədlərini yerinə yetirməsini gözləyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar sammitində İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif deyib.

"İsrailin hərəkətlərini dəstəkləmək dinc yanaşı yaşamanın bütün qayda və normalarını pozur", - o əlavə edib.

Milli.Az