Maldiv Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib - FOTO

12 Noyabr 2024 07:18

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və rəsmi şəxslər qarşılayıblar.

Milli.Az