Lukaşenko Bakıda musiqi sədalarımız altında şam etdi - VİDEO - FOTO

12 Noyabr 2024 06:32

COP29 tədbiri ilə bağlı ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Bakıda qeyri-rəsmi şam yeməyində görüşüblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Lukaşenko BƏƏ Prezidenti tərəfindən qeyri-rəsmi şam yeməyinə dəvət olunub.

Şam yeməyində BƏƏ nümayəndə heyəti, İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah və Albaniyanın Baş naziri Edi Rama da iştirak edib.

Milli.Az