Rusiya səfiri Moldova XİN-ə çağırıldı

12 Noyabr 2024 00:06

Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov ölkəyə məxsus iki pilotsuz təyyarənin respublikada düşməsi ilə bağlı Kişinyovun iddialarından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Rusiya səfiri bazar günü respublikanın şimalında və cənubunda iki pilotsuz təyyarənin düşməsi ilə əlaqədar çərşənbə axşamı saat 10.00-da Xarici İşlər Nazirliyinə çağırılıb", - Moldova XİN-dən bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun