Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycandadır

11 Noyabr 2024 22:59

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun