Birləşmiş Krallığın Baş naziri Azərbaycana gəlib - FOTO

11 Noyabr 2024 22:42

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az