Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycana gəlib

11 Noyabr 2024 21:29

Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az