Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-da iştirak edəcək

11 Noyabr 2024 21:20

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Elçin Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.?

Milli.Az