“The European House - Ambrosetti” şirkətinin ortaq tərəfdaşı Azərbaycana gəlib

11 Noyabr 2024 19:19

"The European House - Ambrosetti" şirkətinin ortaq tərəfdaşı Alessandro Viviani BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin idarə rəisi Elçin Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az