Binəli Yıldırım COP29-da iştirak edəcək - FOTO

11 Noyabr 2024 19:18

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az