"Qərara gəldim, Putinlə danışacağam"

11 Noyabr 2024 17:20

Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada hərbi münaqişə başlayandan bəri ilk dəfə danışıq aparmağa hazırlaşıram.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts ARD telekanalının efirində deyib.

"Bəli, Rusiya prezidenti ilə lazımi anda danışmaq qərarına gəldim. Amma məsuliyyətli siyasətçiyəm, bunu tək etmirəm. Əvvəlcə bu məsələni Ukrayna və başqaları ilə müzakirə etməliyik", - Şolts bildirib.

Milli.Az