Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycana gəlib

11 Noyabr 2024 16:32

Konqo Demokratik Respublikasının Baş naziri Cudit Tuluka Suminva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az