Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana səfərə gəlib

11 Noyabr 2024 12:55

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, ölkəmizin Efiopiyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az