Yaponiyada yeni Baş nazir seçiləcək

11 Noyabr 2024 19:49

Yaponiyada yeni seçilmiş deputatlar bu gün keçiriləcək xüsusi iclasda ölkənin yeni baş nazirini seçmək üçün bir araya gələcəklər.

Milli.Az xəbər verir ki, Yaponiyanın baş naziri Şiqeru İşiba hökumətinin bu gün parlamentdə keçiriləcək baş nazir seçkiləri ilə əlaqədar tamamilə istefa verdiyi açıqlanıb.

Məlumata görə,  "1-ci İşiba hökuməti noyabrın 11-də səhər saatlarında keçirilən fövqəladə Nazirlər Şurasının iclasında istefaya getdi" deyilib.

Xəbərdə İşibanın yenidən baş nazir seçiləcəyi təqdirdə yeni hökumət quracağı bildirilib.

Yenilənmiş Nümayəndələr Palatası bu gün keçiriləcək xüsusi iclasda ölkənin yeni baş nazirini seçəcək.

Əgər o, yenidən baş nazir seçilərsə, İşibanın hələ 1,5 ayı tamamlamamış kabinetində hər hansı dəyişiklik edəcəyi gözlənilmir.

Qeyd edək ki, Yaponiyada Liberal Demokrat Partiyası 1955-ci ildən ölkəni demək olar ki, fasiləsiz idarə edir. Yalnız 1993-94 və 2009-12-ci illərdə müxtəlif partiyaların idarə etdiyi ölkədə 68 il siyasətdə tək partiya hökmranlıq edir.

Nərmin Mahmudova
Milli.Az