Xəzərdəki balina maketi hansı məqsədlə üzə çıxarılıb? - AÇIQLAMA

11 Noyabr 2024 18:05

Xəbər verdiyimiz kimi, Xəzər dənizində naməlum varlıq görünüb və bu qeyri-adi hadisə geniş marağa səbəb olub. Ətrafda olan şahidlər onun nəhəng ölçüdə olduğunu və suyun səthində bir müddət üzərək yoxa çıxdığını bildiriblər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülər izləyicilər arasında maraqla qarşılanıb, müxtəlif müzakirələrə yol açıb. Çoxları bu məxluqun balina olduğunu ehtimal ediblər.

Məsələ ilə bağlı Milli.AZ-a AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev açıqlama verərək bildirib ki, həmin məxluq balinaya oxşamır.

"Çünki balinanın başına aid forması yoxdur. Bu maket ola bilər. Bunun hansı məqsədlə üzə çıxarıldığını isə biz bilə bilmərik. 

Bu balinanın maket olması bir çox şəyə işarə edir. Təxminən 15-20 il əvvəl İslandiyanın Loxnet gölündə dinazavr görünmüşdü, hansı ki, vahiməli şəkildə onların başı və boynu suyun üzərinə çıxmışdı. Bildiyiniz kimi, dinazavrların nəsli kəsilib. 

Bəzi qüvvələr siyasi atmosferdə bəzən qarşıdurmalar və gərginliklər olanda belə şeylərdən istifadə edir. Bu maket özbaşına ola bilməz. Bu hadisələr siyasi atmosferdə olan variantlardır. Bunlar da sakitləşdirmək xarakterindədir. Belə bir heyvan da yoxdur, başı bir cür, bədəni bir cür. Bu mümkün deyil".

Qeyd edək ki, Xəzər dənizi sahilində peyda olan bu balina iqlim dəyişikliklərinə diqqət çəkmək üçün "Captain Boomer" əsəridir. Dünyanın bir çox şəhərində bu formada zaman-zaman peyda olur. Maketdir.

Bu maket "Captain Boomer" şirkəti tərəfindən "Balinaların həyatına diqqət çəkmək" layihəsi çərçivəsində hazırlanıb və ilk dəfə 2008-ci ildə Hollandiyada nümayiş etdirilib.

Layihə senarisi belədir :
Gecədən maket gətirilir və real olması üçün q...n və qoxu yerləşdirilir. Səhər insanlar maketi tapırlar və maraqla baxırlar. Daha sonra ekspertlər gəlir və balinanı analiz etməyə başlayırlar. Yerli xalqla balinanın ölüm səbəbi barədə müzakirələr aparırlar.

Aysel Əkbər
Milli.Az