Kanadada ilk dəfə insanda quş qripi tapıldı

11 Noyabr 2024 08:35

Kanadada insanlar arasında H5 quş qripi virusuna ilk yoluxma halı müəyyən edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Kolumbiyası hökumətinin saytında məlumat verilib.

"Britaniya Kolumbiyasında bir şəxs H5 quş qripi üçün müsbət test verib. Bu, ölkədə H5 quş qripinin insanda ilk aşkarlanması halıdır", - məlumatda deyilir.

Xəstə yerli uşaq xəstəxanasında müalicə olunan yeniyetmədir. Xəstənin yaxınlarından heç birinin virusa yoluxmadığı məlum olub.

Qeyd edək ki, quş qripi quşların həzm və tənəffüs orqanlarına təsir edən virus xəstəliyidir. Çox öldürücüdür və insanlara keçə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun