Finlandiya Prezidenti Azərbaycandadır

11 Noyabr 2024 07:00

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Finlandiya Prezidentini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun