Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır

10 Noyabr 2024 23:42

Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qana Prezidentini ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun