Akopyanın “stili”ini lağa qoydular - FOTOlar

11 Noyabr 2024 00:15

Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Afrikada istirahətdən paylaşdığı fotolar erməni sosial şəbəkə istifadəçiləri tərəfindən ələ salınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, erməni istifadəçilər Akopyanın indi də yenicə prezident seçilən Donald Trampın xanımı Melaniya Trampı təqlid etdiyini bildiriblər. Belə ki, Melaniya Trampın "Afrika fotosessiyası" ilə Akopyanın paylaşımları arasında qəribə bənzərliklər var.

"Məlum olub ki, Anna illər əvvəl Keniyaya səfər edən Melaniya Trampı həyasız tərzdə təqlid edib", - "Hraparak" nəşri sosial şəbəkələrə istinadla yazıb.

"Amma təbii ki, Melaniyanın ağzını və qarnını açmağa ehtiyacı yoxdur", - politoloq Qagik Hambaryan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun