Sevil Vəliyevadan QADAĞA: "Mahnılarımı avtomobildə səsləndirməyin" - FOTO

11 Noyabr 2024 00:46

"Artik & Asti" qrupunun müğənnisi Sevil Vəliyeva avtomobildə mahnılarının səsləndirilməsini qadağan edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Life Shot" məlumat yayıb.

"Görünür, hətta sənətçinin özü də bu mahnılardan yorulub, çünki onun sürücülərinə avtomobildə "Artik & Asti"nin treklərini səsləndirmək qadağan edilib", - nəşr yazır.

Söhbət müğənnini hotelə aparıb-gətirən sürücülərdən gedir. Onlara siqaret çəkmək də qadağandır.

Bundan əvvəl Sevil Vəliyevanın Federal Vergi Xidmətinə (FTS) bir milyon rubldan çox borcu olduğu bildirilirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun