Monqolustan Prezidenti Azərbaycana gəldi

10 Noyabr 2024 21:03

Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun