Hərbçimiz minaya düşdü

10 Noyabr 2024 20:15

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib.

Vəziyyəti kafidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun