Anqolanın vitse-prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gəlib

10 Noyabr 2024 18:24

Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Esperança da Kostanı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az