Meksikada silahlı insident nəticəsində 10 nəfər öldürülüb, yaralılar var

10 Noyabr 2024 17:51

Meksikanınn Keretora ştatının eyniadlı şəhərindəki barlardan birində silahlı insidentt olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilir ki, 4 silahlı şəxs avtomobillə bara gəlib. İdarənin rəhbəri Xuan Luis Ortis bildirib ki, cinayətkarların atəş açması nəticəsində azı 10 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Polis istintaq çərçivəsində 1 şübhəlini saxlayıb.

Milli.Az