O, Dövlət yolunda, Millət yolunda canını, ruhunu qoydu - YUNUS OĞUZ

10 Noyabr 2024 16:17

Yazıçı-publisist Yunus Oğuz Mustafa Kamal Atatürkün vəfatı ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az bu barədə olaylar.az-a istinadən xəbər verir.

"O, çox yaşaya bilərdi, əgər sıradan biri olsaydı, əgər qazi və şəhid olmasaydı. Şəhid, təkcə torpaq uğrunda vuruşan deyil ki. Şəhid həm də işğalçıları torpağından qovub, yeni Dövlətin əsasını qoyanlardır. O, Dövlət yolunda, Millət yolunda canını, ruhunu qoydu. Bu gün Qazi və Şəhid Mustafa Kamal Atatürkün ruhunun canından ayrılan gündür".

Milli.Az