"Taliban" ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək

10 Noyabr 2024 11:24

"Taliban" hökumətinin nümayəndə heyəti Azərbaycanda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxiyə istinadən məlumat yayıb.

"Əfqan hökumətinin nümayəndə heyəti Bakıda olacaq", - XİN nümayəndəsi bildirib.

Qeyd edək ki, "Taliban" nümayəndələri ilk dəfə olaraq BMT-nin iqlim konfransına qatılacaqlar.

Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konfransın əsas mövzuları enerji sahəsində texnoloji innovasiyalar və yeni nəsillər üçün təhsil, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin təşəbbüslərinin dəstəklənməsi, eləcə də ədalətli enerji keçidi olacaq.

Milli.Az