Tusk Ukraynada atəşkəs planının hazırlandığını açıqladı

10 Noyabr 2024 14:00

Yaxın vaxtlarda Ukraynada döyüş bölgəsində atəşkəs təklifi gözlənilə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk mətbuat konfransı zamanı deyib.

"Biz çox tezliklə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayanda, potensial atəşkəs təkliflərini gözləyə bilərik", - o qeyd edib.

Onun sözlərinə görə, Vaşinqtonun münaqişənin sülh yolu ilə həlli planı hazırlıq mərhələsindədir. Sənəddə təmas xətləri və Kiyev üçün zəmanətlər yer alacaq.

Polşanın baş naziri əlavə edib ki, ABŞ-nin qərarı Vaşinqtona Avropa ölkələri qarşısında bəzi öhdəliklərdən azad olmağa imkan verəcək.

Milli.Az