Tərtərdə xiyar davası!
27 May 2010 15:01
Tərtər rayonunda xiyar üstündə düşən münaqişə bıçaqlanma ilə nəticələnib.
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, cinayət hadisəsi Köçəli kəndində baş verib.
Kənd sakini 31 yaşlı Rəşad Sadıqov münaqişə zəminində həmyerlisi Emin Cəfərova bıçaqla xəsarət yetirib. Münaqişəyə səbəb isə kəndin xiyarının ucuz qiymətə alınması olub.
Belə ki, zərərçəkmiş E.Cəfərov rayon ərazisində xiyar alveri ilə məşğul olurmuş. Hadisə baş verən gün də o, həmin kəndə sakinlərdən satmaq üçün xiyar almağa gəlibmiş. Bu zaman R.Sadıqov onu kənd sakinlərinin xiyarını ucuz qiymətə almaqda günahladırıb və bunun üstündə davaları düşüb. Bu zaman o, E.Cəfərova bıçaqla xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Anar Məmmədov
Milli.Az