Monqolustanda güclü zəlzələ oldu

10 Noyabr 2024 07:14

Monqolustanın mərkəzi yerləşən Bayanxonqor aymağında 5 maqnitudalı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Qeyd olunub ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 00:37-də qeydə alınmış yeraltı təkanların episentri Bayanxonqor şəhərindən 175 km şimal-qərbdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun