Müasir texnologiyaları bu qadın icad edibmiş

9 Noyabr 2024 17:00

1933-cü ildə çəkilmiş "Ekstaz" adlı bir çex filmi tarixin ilk erotik səhnələri olan kinosu hesab edilir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dünyanın bir çox ölkələrində qadağan edilmiş bu filmdə baş rolda əslən Avstriyadan olan aktrisa Hedi Lamarr çəkilmişdi.

Filmə indi tamaşa etsək, onda ayıb sayılacaq heç nə yoxdur. Lakin o dövr üçün bir qadının çılpaq soyunub suda üzməsini göstərən səhnələr şok effekti vermişdi.

"Ekstaz" filmində Eva rolunu canlandırmış Hedi Lamarr uzun bir ömür yaşayıb. O 1914-cü ildə Avstriyada doğulub, 2000-ci ildə Amerikada vəfat edib.

Hedi Lamarr sinemadan başqa həm də tanınmış bir ixtiraçı idi. O, 1942-ci ildə torpedo sistemlərini uzaqdan idarəetmə sistemlərini patentləşdirir. Patent bir müddət gözdən iraq qalır. Lamarrın 1953-cü ildə ABŞ vətəndaşlığına keçməsi ilə Pentaqon bu sistemi Dəniz Qüvvələrində tətbiq eləməyə başlayır.

Hedi Lamarr IQ səviyyəsinə görə dövrünün ən ağıllı və zəki qadınlarından biri hesab olunur.

Bu gün istifadə edilən TV pultundan tutmuş bütün kabelsiz texnologiyalara qədər hər şeyin icadını dünya bu erotik gözələ borcludur.

Kabelsiz texnologiyaların əsası "Tesla" tərəfindən təklif olunsa da, onların ilk praktik həlli və tətbiqini məhz Hedi Lamarr həyata keçirib.

Milli.Az