Daha bir ölkədə zəlzələ oldu

9 Noyabr 2024 15:50

taliyada 4 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Roma bölməsi məlumat yayıb.

Məlumata görə, episentri Termoli şəhərindən təxminən 20 kilometr aralıda, Kampobasso əyalətinin Monteçilfone bölgəsi olan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkan müxtəlif bölgələrdə aydın hiss edilib, əhali arasında təşviş yaradıb. Mülki müdafiə qüvvələri zəlzələdən sonra insan tələfatı və dağıntı olmadığını açıqlayıb, ərazidə yoxlamalar aparılır.

Milli.Az