Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu

9 Noyabr 2024 15:32

Gürcüstan və Ermənistan sərhəd zolağında 3 bal gücündə zəlzələ baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Zəlzələ noyabrın 9-da yerli vaxtla saat 10:35-də (GMT 10:31) Bavra kəndindən 14 km şimal-şərqdə baş verib. Zəlzələnin coğrafi koordinatları 41․22⁰ şimal eni və 43,91⁰ şərq uzunluğudur.

Zəlzələnin ocağı 10 km dərinlikdə, maqnitudası 2,3 olub.

Episentrdə yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ rayonun Bavra, Sarağyux, Sizavet, Tavşut, Kazançı kəndlərində 2-3 bal gücündə hiss olunub.

Dağıntılar, ölən və yaralananlar haqda xəbər yoxdur.

Milli.Az