Məşhur "Spice Girls" birləşdi

3 İyul 2012 20:31
Milli.Az BBC-yə istinadən bildirir ki, onlar ifa etdikləri mahnıların motivləri əsasında yazılmış "Viva Forever!" müziklini səhnələşdiriblər.

Viktoriya Bekhem, Melani Braun, Emma Banton, Melani Çisholm Cerri Holliuell müzikli 1996-cı ildə "Wannabe" mahnısına klipin çəkildiyi London otelində təqdim ediblər.

Dekabrın 11-də isə müzikl Londondakı "Piccadilly Theatre"ın repertuarında peyda olacaq.

Milli.Az